“QİCS-ə qarşı mübarizə” və “QİÇS nədir?” adlı tədbirlər keçirilib

5 dekabr 2019

Paylaş:

Dekabrın 5-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Həzi Aslanov adına tam orta məktəbdə “QİCS-ə qarşı mübarizə” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə UADM-ın əməkdaşları və məktəb şagirdləri iştirak ediblər.

Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəz tərəfindən Hacıqabul rayon Qarasu kənd tam orta məktəbində “QİÇS nədir?” mövzusunda tədbir keçirilib. Tədbirdə Hacıqabul UADM-in əməkdaşları, Mərkəzi Rayon Xəstəxanasının, Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşları, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.

Tədbirin əsas məqsədi şagirdləri QİÇS, eləcə də narkomaniya və digər  zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdır.

Qeyd edilib ki, yeniyetmə və gənclər arasında QİÇS və narkomaniya hallarının qarşısının alınması üçün dövlət səviyyəsində bir sıra  proqramlar qəbul edilib. Xəstəliklərə yoluxan insanların artmaqda olduğunu, bunun insan sağlamlığı əleyhinə olan zərərli vərdişlərdən istifadə nəticəsində yarandığı bildirilib. Mövzu haqqında geniş  məlumat verilib.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müvafiq tövsiyələr verilib və maarifləndirici bukletlər paylanılıb.