“Gender Bərabərliyi” mövzusunda foto sərgi təşkil olunub

6 dekabr 2019

Paylaş:

Dekabrın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nın Qaçqınlar üzrə Ali Komisarlığı (UNHCR) ilə birgə “Gender Bərabərliyi” mövzusunda foto sərgi təşkil olunub. Sərgi “Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında cinsi və gender əsaslı zorakılığın (SGBV) qarşısının alınması və cavab tədbirləri” layihəsi və Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq Kampaniyası çərçivəsində  həyata keçirilib.

Sərgidə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova iştirak edib.

Nümayiş olunan fotolar həm azərbaycanlı, həm də başqa ölkələrdən olan məcburi köçkün və qaçqın qadınların uğur hekayəlarindən bəhs edir. Həmçinin "Mənim Uğur Hekayəm" adlı video-çarx da sərgi ziyarətçilərinə təqdim olundu.