Narkomaniya və onun fəsadları barədə maarifləndirici tədbirlər keçirilib

6 fevral 2020

Paylaş:

Fevralın 6-da Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Narkomaniya və onun fəsadlarının aradan qaldırılması” adlı tədbir keçirilib. Tədbirdə Qəbələ UADM-in əməkdaşları, Qəbələ rayon Polis şöbəsinin əməkdaşı Azər Hüseynov və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə müasir dövrün ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyətin hələ də əziyyət çəkməsindən, millətin sağlam həyat tərzi üçün təhlükə törətməsindən danışılıb. Narkomaniyanın orqanizmi zəiflətdiyi, bədən üzvlərini tədricən sıradan çıxardığı söylənilib.

Tədbirin sonunda tütün məmulatlarından, alkoqollu içkilərdən azyaşlılar arasında istifadənin və yayılmasının qarşısının alınması məqsədilə respublikamızda hüquqi baza formalaşdırıldığından danışılıb və “Narkomaniyaya yox deyək!” adlı video-çarx nümayiş etdirilib, iştirakçılara bukletlər paylanılıb.

Fevralın 6-da Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi “Narkomaniya və onun fəsadları” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə iştirak edən tələbələrə narkomaniya və onun fəsadları haqqında ətraflı məlumatlar verilib, mövzunu əhatə edən video-çarx nümayiş olunub. Sonda iştirakçılara bukletlər paylanılıb.