“Zərəli vərdişlərə yox deyək” adlı tədbir keçirilib

12 fevral 2020

Paylaş:

Fevralın 12-də Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi A.Mustafayev adına Qırağlı kənd məktəbində “Zərəli vərdişlərə yox deyək” adlı tədbir keçirilib. Tədbirdə UADM-nin əməkdaşı və 9-cu sinif şagirdləri iştirak ediblər.

İştirakçılara siqaret, spirtli içki və narkotik vasitələrin insan sağlamlığına  və sosial həyatına vurduğu zərərlərdən danışılıb, bəşəriyyət üçün böyük təhlükəyə çevrilən bu vərdişlərdən uzaq olmaları tövsiyyə olunub.

Tədbir müzakirələrlə davam edib, mövzu haqqında video-çarx nümayiş olunub.