“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzusunda tədbir keçiriləcək

19 fevral 2020

Paylaş:

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Səhiyyə Nazirliyi ilə birgə təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə  sağlam həyat tərzinin təbliği, gənc və yeniyetmələrin reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində biliklərinin artırılması məqsədilə 2020-ci il ərzində Bakı şəhərində və regionlarda yerləşən təhsil müəssisələrində (orta ixtisas və  ilk peşə-ixtisas təhsil müəssisələrində, ümumtəhsil məktəblərində) maarifləndirmə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Növbəti tədbirin keçirilməsi 21 fevral 2020-ci il tarixində saat 11.00-da “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzusunda  Bakı İdarəetmə və Texnologiya Kollecində planlaşdırılır.