Qəbələnin Mirzəbəyli kəndində “Könüllü qonaq” layihəsi keçirilib

25 fevral 2020

Paylaş:

Fevralın 24-ü Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Qəbələ rayon Mirzəbəyli kəndində  “Könüllü qonaq” adlı layihə keçirilib. Layihədə Qəbələ UADM-in əməkdaşları, Qəbələ rayon 2 saylı tam orta məktəbinin müəllim və şagirdləri  iştirak ediblər.

Könüllü qonaq layihəsinin keçirilməsində məqsəd 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar “könüllülük” anlayışını təbliğ etmək və bundan ehtiyacı olan insanlara faydalı olmaqdır.