“Asudə vaxtın səmərəli təşkili” adlı tədbir keçirilib

28 fevral 2020

Paylaş:

Fevralın 28-də Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi “Asudə vaxtın səmərəli təşkili” adlı tədbir keçirib. Tədbirdə UADM-nin əməkdaşları, mərkəzdən bəhrələnən uşaqlar və valideynləri iştirak ediblər.

Tədbirdə müxtəlif musiqili-əyləncəli idman yarışları, karaoke, intellektual oyunlar hazırlanıb.

Tədbirin sonunda iştirakçılar çay süfrəsi ətrafında film izləyərək müzakirələr ediblər.