Yoqa və meditasiya üzrə ustad dərsi keçirilib

3 mart 2020

Paylaş:

Martın 3-ü Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində (UADM) "Sağlam yaşa” İnkişaf Mərkəzi və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə layihəsi çərçivəsində qadınların cəmiyyətə inteqrasiyası, asudə vaxtının təşkili və sağlamlığının qorunması  məqsədilə yoqa və meditasiya üzrə ustad dərsi təşkil olunub. Tədbirin açılışında yoqa təlimçisi Ruqiyyə Əşrəfli meditasiya və sağlamlıq haqqında bir çox faydalı məlumatlar verib. Tədbirin 1-ci hissəsində 25 nəfər UADM kollektivi və İncəsənət Universitenin təcrübəçi tələbələri,  ikinci hissəsində isə icmadan olan qadınlar iştirak ediblər.