Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçiriləcək

5 mart 2020

Paylaş:

8 mart Beynəlxalq Qadınlar Günü- qadınların iqtisadi, siyasi, mədəni və ictimai hüquq bərabərliyi uğrunda mübarizəsini, habelə qadınlara nəzakət, sevgi və məhəbbəti tərənnüm edən bayramdır.

Dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü böyük sevinc və fərəh hissi ilə qeyd olunur.         

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 6 mart 2020-ci il tarixində, saat 15:30-da Hökumət Evinin I mərtəbəsində yerləşən Konfrans zalında “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçiriləcək.

Tədbirdən əvvəl qonaqlar saat 15:00-da Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edəcəklər.

Tədbirdə ölkə başçısının qadınlara təbrik məktubu səsləndiriləcək və Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözlərini demiş, eləcə də  ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadınlara Prezident təltifləri təqdim olunacaqdır.

Tədbirin ictimai əhəmiyyətini nəzərə alaraq, KİV nümayəndələrini əməkdaşlığa dəvət edirik.