Sabirabadda “Sağlam Həyat Tərzi” adlı tədbir keçirilib

13 yanvar 2020

Paylaş:

Yanvarın 13-ü Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə  Cəbrayıl rayon tam orta məktəbində “Sağlam Həyat Tərzi” adlı tədbir keçirilib. Tədbirdə UADM-in əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbir zamanı şagirdlərə gigiyena qaydaları izah olunub, insan sağlamlığına ziyan verən qidalardan istifadə olunmaması haqqında tövsiyyələr edilib. İnteraktiv keçən tədbirdə şagirdlərin sualları cavablandırılıb.

 Sonda şagirdlər öyrəndikləri məlumatlar haqqında suallara cavab veriblər.