Həssas təbəqədən olan ailələrə yardım edilib

19 mart 2020

Paylaş:

Novruz bayramı münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə həssas təbəqədən olan ailələrə dəstək göstərilib.

İcmada yaşayan 83 həssas təbəqədən olan ailəyə Azərbaycan Respublikasının Baş Nazirinin Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə məqsədilə verdiyi tapşırıqlara əsasən onlara virusla mübarizə zamanı sosial izolyasiya qaydaları izah edilib. Ailələrin sosial durumları nəzərə alınaraq bu çətin vəziyyətdə onlara dəstək olmaq məqsədilə bayram sovqatı təqdim olunub.