SORĞU

23 aprel 2020

Paylaş:

COVİD-19 pandemiyası ilə bağlı ölkədə keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejiminin tətbiqi nəticəsində ailələrdə yaranmış vəziyyəti öyrənmək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi onlayn sorğu keçirir.

Sorğuya verəcəyiniz cavablar məişət zorakılığı ilə bağlı ailələrdəki vəziyyətin öyrənilməsində mühüm rol oynaya bilər. Hər kəsi sorğuda aktiv iştirak etməyə və səhifələrdə paylaşmağa dəvət edirik. Bununla daha çox insanın sorğuda iştirakına şərait yarada bilərsiniz.