“Mənim qəhrəmanım sənsən” adlı hekayələr kitabı hazırlanıb

3 iyun 2020

Paylaş:

COVİD-19 pandemiyası ilə qlobal mübarizə çərçivəsində 50-dən çox beynəlxalq təşkilatın (Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Uşaq Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyası vəs.) tərəfdaşlığı ilə həyata keçirilən birgə layihə nəticəsində uşaqların virus ilə bağlı biliklərin artırılması və onların psixoloji sağlamlıqlarının qorunması məqsədini daşıyan “Mənim qəhrəmanım sənsən” adlı hekayələr kitabı hazırlanıb.

Ölkəmizin Cenevrədəki BMT bölməsi və digər təşkilatlar yanında Daimi Nümayəndəliyinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə apardığı iş nəticəsində kitab ÜST-ün Azərbaycandakı Nümayəndəliyi tərəfindən Azərbaycan dilinə tərcümə edilib və redaktə olunub.

Kitabın PDF variantını yükləyərək oxuya bilərsiniz:

 

http://www.scfwca.gov.az/store/media/%E2%80%9CM%C9%99nim%20q%C9%99hr%C9%99man%C4%B1m%20s%C9%99ns%C9%99n%E2%80%9D%20adl%C4%B1%20hekay%C9%99l%C9%99r%20kitab.pdf