“Görünməyən qəhrəmanlar” müsabiqəsinin qalibləri məlum oldu

23 iyun 2020

Paylaş:

COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də, öz növbəsində, virusla mübarizənin ön cərgələrində dayanan məsuliyyətli və vacib peşələrin əzmkar nümayəndələrinin zəhmətini və fədakarlığını qiymətləndirmək məqsədilə 15 aprel-15 may tarixlərində “Görünməyən qəhrəmanlar” mövzusuna həsr olunmuş “Ən yaxşı yazı” müsabiqəsi elan etmişdi.

Müsabiqəyə təqdim edilən yazılar münsiflər heyəti tərəfindən dəyərləndirilib, nəticələr müəyyən olunub.

Qeyd edək ki, müsabiqədə yazıçı, jurnalistlərlə bərabər bir çox məktəbli də iştirak edib. Bunu nəzərə alaraq münsiflər heyəti tərəfindən 2 nominasiya müəyyən edilib:

Yazar və jurnalistlər arasında ən yaxşı yazı;
Məktəblilər arasında ən yaxşı yazı.

Nəticələrə əsasən;
1-ci nominasiya üzrə ssenarist, kinoredaktor Rafiq Səməndər,
2-ci nominasiya üzrə isə Abşeron rayonu, Saray qəsəbəsi, Azim Müzəffərov adına 2 saylı orta məktəbin 8d sinif şagirdi Səma Quliyeva qalib seçilib.

Qaliblərə diplom və hədiyyələr Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sərt karantin rejimi bitdikdən sonra təqdim ediləcək .