İsmayıllı rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

26 avqust 2016

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazirlər və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam  edir.

25 avqust  2016-cı il tarixində, saat 11:00-da İsmayıllı  rayonunda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Qobustan, Ağsu,  Şamaxı, Qəbələ  sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, qadın sahibkarlığının inkişafı, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, övladlığa verilmə, məişət zorakılığına məruz qalma və digər məsələlərlə bağlı iştirak edəcəklər.

Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.