Saatlıda gənclər və yeniyetmələr arasında sağlam həyat tərzi təşviq edilib

21 iyul 2020

Paylaş:

21 iyul 2020-ci il tarixində Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə rayonun istirahət parkında gənclər və yeniyetmələr arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşması məqsədi ilə maarifləndirici təlim keçirilib.

Təlimdən əvvəl sağlamlığın və təhlükəsizliyin qorunması məqsədilə gənc və yeniyetmələrə mərkəzin könüllüsü tərəfindən tibbi maskalar paylanılıb. Saatlı UADM-nin əməkdaşları təlim zamanı sağlam həyat tərzinin əsas komponentlərindən danışaraq, yeniyetmə və gəncləri sağlam həyat tərzinin normalarına riayət etməyə və zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və mövzuya aid maarifləndirici materiallar paylanılıb.