Zərdabda “Reproduktiv sağlamlıq” mövzusunda onlayn vebinar keçirilib

30 iyul 2020

Paylaş:

30 iyul 2020-ci il tarixində Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Reproduktiv sağlamlıq” mövzusunda 15 nəfərin iştirakı ilə onlayn vebinar keçirilib.

Onlayn vebinar zamanı iştirakçılara reproduktiv sağlamlıq üzrə geniş məlumat verilib. Onlara sanitar–gigiyenik qaydalara əməl etmələri və hər cür zərərli vərdişlərdən uzaq olmaları tövsiyə olunub.