Sahibkarlıqda qadınların rolu mövzusunda vebinar keçirilib

25 avqust 2020

Paylaş:

 

25 avqust 2020-ci il tarixdə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Sahibkarlıqda qadınların rolu” adlı onlayn vebinar keçirilib. Vebinarda Şüvəlan UADM-in sosial iş üzrə mütəxəssisləri, psixoloq və sahibkar qadınlar iştirak ediblər.

Vebinarda  sahibkar qadınlara göstərilən dövlət dəstəyindən və gələcək fəaliyyət planlarından danışılıb. Mərkəzin psixoloqu vebinar iştirakçılarına ailədə qadının kiçik sahibkarlıqla məşğul olmasının faydalarından danışıb. Daha sonra iştirakçılara pandemiya dövründə maddi çətinliklərin aradan qaldırması haqqında tövsiyələr verilib.

Vebinarın sonunda iştirakçılara onlayn bukletlər göndərilib.