Dövlət Komitəsi həssas təbəqədən olan ailələrə yardım aksiyasını davam etdirir

3 sentyabr 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Pasha Holding”-in dəstəyi ilə ərzaq yardımı aksiyasına başlayıb.

Aksiya çərçivəsində Komitə nəzdində fəaliyyət göstərən Şüvəlan, Zaqatala, Ağdam və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən aztəminatlı və risk qrupundan olan ailələrin yaşayış şəraiti və sosial vəziyyətinin qiymətləndirilməsi aparılaraq ərzaq yardımları çatdırılıb.

Qeyd edək ki, UADM tərəfindən hazırda 69 ailəyə ərzaq yardımı paylanılıb və bu aksiya digər rayonlarda da davam etdiriləcək.