Ağdamda növbəti maarifləndirici tədbir keçirilib

11 sentyabr 2020

Paylaş:

11 sentyabr 2020-ci il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə gənclər və yeniyetmələr arasında “Narkotik maddələrin ziyanları” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Ağdam UADM-in əməkdaşları, könüllülər və rayon sakinləri iştirak ediblər.

Tədbir zamanı mərkəzin könüllüləri tərəfindən mövzunu əhatə edən bukletlər rayonun müxtəlif ərazilərində lövhələrdən asılıb və rayon sakinlərinə paylanılıb. Bukletlərdə narkotik maddələrin ziyanı, yoluxucu xəstəliklərin yaranma səbəbi və qarşısının alınması istiqamətində atılan qabaqlayıcı addımlar haqqında geniş məlumatlar əks olunub.