18 oktyabr - Müstəqillik günüdür

18 oktyabr 2020

Paylaş:

29 il əvvəl bu gün 3 rəngli bayrağımız mavi səmamızda yenidən dalğalandı. 
 
Səhifələri şərəfli anlarla dolu olan müstəqillik tariximizin ən şanlı hadisələrini bu gün Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəbhədə torpaqlarımızın azadlığı uğrunda savaşan igid əsgərlərimiz yazır. 
 
Xalqımızın həmrəylik, dəstək və sarsılmaz iradə ilə  bir yumruq kimi birləşməsindən  güc alan rəşadətli ordumuz tezliklə bayrağımızı  işğaldan azad edilmiş torpaqlarımızda dalğalandıracaq. 
 
Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir!