10 Dekabr - İlk Zəfər Paradı

10 dekabr 2020

Paylaş:

Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən Müharibəsində qazandığı parlaq qələbələr tariximizin səhifələrinə qızıl hərflərlə yazıldı. 
 
Bu gün dünya tarixinə ədaləti bərpa etməyə qadir ölkə kimi daxil olan Azərbaycan, böyük Zəfərini qeyd edir. 
 
Bu gün Rəşadətli Azərbaycan Ordusu Zəfər Yürüşü ilə gücünü, qüdrətini dünyaya növbəti dəfə nümayiş etdirəcək, mərd igidlərimiz paytaxtın küçə və meydanlarında inamlı, məğrur addımları ilə qalibiyyəti yaddaşlara həkk edən yenilməz cəngavərlər kimi tarixə düşəcəklər. 
 
Odun-alovun içindən keçərək, Azərbaycanı bütövləşdirən igidlərimizlə fəxr edir,  Vətən uğrunda canından keçən ölməz  qəhrəmanlarımızın ruhu  qarşısında baş əyirik. 
 
Yaşasın Müzəffər Ordumuz!
Yaşasın Azərbaycan!