Sağlamlıq imkanları məhdud olan uşaqların ailələrinə dəstək məqsədilə onlayn görüş keçirilib

10 fevral 2021

Paylaş:

10 fevral 2021-ci il tarixində Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Sağlamlıq imkanları məhdud olan uşaqların ailələrinə dəstək” mövzusunda onlayn görüş keçirilib.

Görüşdə Zərdab UADM-nin direktoru və sosial iş üzrə mütəxəssisi, Zərdab Gənclər və İdman İdarəsinin əməkdaşı və sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri iştirak ediblər.

Görüş zamanı valideynlərə ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılan hərtərəfli sosial təminat və reabilitasiya sistemləri haqqında məlumat, onların təlim-tərbiyəsinin təşkilinə və ünsiyyətqurma bacarıqlarının inkişaf etdirilməsinə dair məsləhət və tövsiyyələr verilib.

Görüşün sonunda valideynləri maraqlandıran suallar cavablandırılıb.