“Erkən nikaha son deyək! ”adlı onlayn görüş keçirilib

15 fevral 2021

Paylaş:

15 fevral 2021-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Erkən nikaha son  deyək! ” adlı onlayn  görüş keçirilib.

Görüşdə Qəbələ UADM-nin sosial iş üzrə mütəxəssisləri, Qəbələ Rayon Polis Şöbəsinin  uşaq məsələləri üzrə inspektoru Zamiq Nadirov, Qəbələ Rayon İcra Hakimiyyəti yanında  Yetkinlik yaşına çatmayanların  işləri və hüquqlarının müdafiəsi üzrə  komissiyanın  məsul katibi  Anar Şirinov, Gənclər İdman İdarəsinin rəhbəri Fəxri Soltanov və Qəbələ  Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri  iştirak edib.

Görüş zamanı erkən nikah problemi ilə bağlı  aparılan elmi-analitik araşdırılmalar  və bu problemin qarşısının alınması  məqsədilə son illərdə həyata keçirilən tədbirlərdən danışılıb.

Görüşdə erkən nikahın ailə quran cütlüklərin   psixologiyası və  sağlamlığında böyük fəsadlara   yol açdığı qeyd olunub. Eləcə də belə hallar yarandıqda hər iki tərəfin qanun qarşısında məsuliyyətə cəlb olunması və digər hüquqi tənzimləmələr haqqında da iştirakçılara məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.