" Cəmiyyətdə narkomaniya ilə mübarizə" mövzusunda onlayn görüş keçirilib

25 fevral 2021

Paylaş:

25 fevral 2021-ci il tarixində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən mərkəzin xidmətlərindən bəhrələnən valideynlər və mərkəz könüllülərinin iştirakı ilə "Cəmiyyətdə narkomaniya ilə mübarizə" mövzusunda onlayn görüş keçirilib.

Görüş zamanı narkotik vasitələrin səbəb olduğu faciələr, insan həyatına ziyanları haqqında məlumat verilib və iştirakçıların sualları cavablandırılıb.

Görüşdə iştirak edən mütəxəssislər tərəfindən yeniyetmələrin ziyanlı vərdişlərdən uzaq durması üçün valideynlərin də üzərinə böyük və məsuliyyətli vəzifənin düşdüyü qeyd edilib

Görüşün sonunda iştirakçıların elektron ünvanlarına maarifləndirici bukletlər göndərilib.