Azərbaycanda 17 yaşlı oğlanlar arasında futbol üzrə Avropa çempionatı keçirilir

15 sentyabr 2016

Paylaş:

Azərbaycan Respublikası hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir, ölkəmizdə insan və vətəndaş hüquqlarının ayrılmaz tərkib hissəsi kimi uşaq hüquqları yüksək səviyyədə təmin olunur. Bu gün dövlətimiz hər bir azərbaycanlı uşağın yüksək sosial-mənəvi mühitdə böyüməsi üçün tam şəraitin yaradılması üçün çalışır. Onların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsi məqsədilə birsıra addımlar atılır. Uşaqların sağlamlığının, fiziki gücünün daha da artırılması məqsədilə xüsusi diqqət və qayğı göstərilən istiqamətlərdən biri də idmanın inkişafıdır.

Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir. Belə yarışlardan biri də bu günlərdə Azərbaycanda keçirilən 17 yaşlı oğlanlar arasında futbol üzrə Avropa çempionatıdır. UEFA-nın İstanbulda keçirilən İcraiyyə Komitəsinin iclasında 2016-cı ildə 17 yaşlı oğlanlar arasında futbol üzrə Avropa çempionatının

Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir.  Bu, çempionatın keçirilməsi  üçün UEFA-ya müraciət edən və onlar tərəfindən  müsbət cavab alan Azərbaycanın uğurudur.

İdman sahəsində qazanılan nailiyyətlər də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğatı siyasi məzmun kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik

inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Azərbaycan beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurların əsasını təşkil edir. İdman ictimaiyyəti əmindir ki, Prezident İlham Əliyevin ölkəmizin inkişafına xidmət edən siyasi xətti idmanımızın daha da inkişafına böyük töhfələr verəcək.

Uşaqların və gənclərin sağlam həyatının təmin edilməsi dövlətin prioritet istiqamətlərindən biridir. Azərbaycanın gələcəyi sağlam və təhsilli uşaqlarla bağlıdır. Avropa çempionatının Azərbaycanda keçirilməsi idmanın hər bir növünün inkişafına daha güclü təkan verəcək.