“Gender və insan hüquqları” mövzusunda təlim keçirildi

19 aprel 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclərin İnkişafı və Karyera Mərkəzinin Qazax Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Bərabər hüquqlarımız” adlı layihə çərçivəsində 19 aprel 2021-ci il tarixində “Gender və insan hüquqları” mövzusunda onlayn təlim təşkil edilib.

Təlimdə Gənclərin İnkişafı və Karyera Mərkəzinin Qazax, Şəmkir, Tovuz, Şamaxı Nümayəndəliyinin əməkdaşları və üzvləri, könüllülər, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri iştirak edib.

Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  Xarici əlaqələr və protokol şöbəsinin əməkdaşı Hafiz Namazov, Qadın problemləri və gender məsələləri şöbəsinin əməkdaşı Aytəkin Hacıyeva və Gənclərin İnkişafı və Karyera Mərkəzinin Qazax Nümayəndəliyinin rəhbəri İsmayıl Süleymanov çıxış edərək, layihə haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıblar.

Təlim müzakirələrlə davam edib.