Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi

10 may 2021

Paylaş:

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. 

Anım mərasimində müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, dahi şəxsiyyətin abidəsi önünə əklil qoyulub, xatirəsi dərin ehtiramla yad edilib. 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək, məzarı üzərinə gül dəstələri düzülüb.