"Ailədən ailəyə" dəstək kampaniyası çərçivəsində ailələr ziyarət edilib

12 may 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ramazan Bayramı ərəfəsində “Ailədən ailəyə” dəstək kampaniyasını davam etdirir.
İctimai həmrəyliyin, mərhəmətin və xeyirxahlıq ənənələrinin təzahürü olan AilədənAiləyə aksiyası icmada insanlar arasında münasibətlərin, bir-birinə diqqət və qayğı kimi müsbət davranışların möhkəmləndirilməsinə xidmət edir.
Aksiya 2020-ci ilin mart ayından başlayaraq, Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən həyata keçirilir.
Layihənin davamı olaraq, bayram münasibətilə Ağdam, Zərdab, ŞüvəlanGöygöl Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial işçiləri və ailə könüllüləri tərəfindən həssas təbəqədən olan ailələrə, xüsusilə şəhid, qazi və aztəminatlı ailələrə səfərlər edilərək bayram sovqatları paylanılıb.
Eyni zamanda, aksiya çərçivəsində pandemiya ilə mübarizə məqsədilə sosial məsafə və izolyasiya qaydaları ilə bağlı maarifləndirici məlumatlar ailələrə təqdim olunub.