Məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış sahəsində birgə təlimlər keçirilir

31 may 2021

Paylaş:

31 may-4 iyun 2021-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində məişət zorakılığı ilə mübarizə sahəsində, həmçinin məişət  zorakılığından zərər çəkmiş şəxslərlə davranış sahəsində birgə təlimlərin keçirilməsi nəzərdə tutulub. Litva və Avstriyadan olan ekspertlər tərəfindən aparılacaq təlimlər “Təlimçilərin təlimi” konsepsiyası üzrə təşkil olunacaq. Təlimlərdə hüquq mühafizə orqanlarının, eləcə də Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin, Qadın Resurs Mərkəzlərinin, orta məktəb müəllimlərinin və psixoloqların iştirakı nəzərdə tutulub.

Təlimlərin əsas mövzusu Tvinninq layihəsinin ekspertləri tərəfinən qabaqcıl Avropa təcrübəsinə uyğun olaraq işlənib hazırlanmış məişət zorakılığı göstəriciləri və risk qiymətləndirmə meyarları olacaq. Bu meyarlar sözügedən qurumlara məişət zorakılığından zərərçəkmiş şəxslərə yardımın göstəriməsi və zərəryetirənlərlə işin aparılması sahəsində görülən tədbirləri strukturlaşdırmağa və prioritetləşdirməyə, eləcə də görülmüş tədbirlər barədə hesabatlılığın və şəffaflığın artırılmasına imkan yaradacaq.