Beynəlxalq Daun Sindromu Günü ilə əlaqədar tədbir keçirilmişdir

20 mart 2015

Paylaş:

21 mart bütün dünyada Beynəlxalq Daun Sindromu Günü kimi qeyd edilir. Azərbaycanda da bu günün qeyd edilməsi artıq ənənə halını almışdır. 

Bu tədbirlərin davamı olaraq Ailə, Qadın və Uşaq Problemləri uzrə Dövlət Komitəsi tərəfindən Daun sindromlu uşaqlara mənəvi yardım göstərmək, onlara şən əhval ruhiyyə bəxş etmək, asudə vaxtlarının səmərəli təşkili məqsədilə  17 mart  2015-ci il tarixində saat 11:00-da Park Bulvar Ticarət Mərkəzinin  “Happy Land” uşaq əyləncə və oyun məkanında tədbir keçirilmişdir.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Dəcəllər” Daun Sindromlu Şəxslərin Assosiasiyası ilə birgə  hər il bu günü  qeyd edir.

Tədbirdə 50-yə yaxın Daun sindromlu uşaq iştirak etmişdir.