“26 İyun - Silahlı Qüvvələr Günü” münasibətilə regionlarda da tədbirlər davam edir

26 iyun 2021

Paylaş:

Bu istiqamətdə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 
Daha sonra müharibə qəhrəmanlarının keçdikləri döyüş yolundan bəhs edilib, şəhidlərimizə, qazi və müharibə iştirakçılarına torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmanlıq göstərdiklərinə görə minnətdarlıq ifadə edilib. Tədbir zamanı qazi və müharibə iştirakçılarına müxtəlif hədiyyələr təqdim olunub. 
 
Sonda iştirakçılar tərəfindən sülhün carçısı olan göyərçin quşu səmaya buraxılıb.
 
Saatlı rayonunda da şəhid ailələri və qazilərin iştirakı ilə Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin Gənclər Evi ilə birgə təşkilatçılığı əsasında “Ordumuz qürurumuzdur” adlı onlayn tədbir keçirilib. 
 
Tədbir zamanı Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, son illərdə ordu quruculuğu sahəsində əldə olunmuş uğurlar və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək 30 illik işğala son qoyan ordumuzun qəhrəmanlığı haqqında danışılıb. 
 
Tədbirin sonunda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.