“Ailədən-ailəyə” aksiyası davam etdirilir

27 iyul 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri və Komitənin dəstəyilə yaradılan Resurs Mərkəzləri tərəfindən Qurban bayramı ərəfəsində başlayan “Ailədən-ailəyə” aksiyası bu günlərdə də davam etdirilir. Belə ki, aksiya çərçivəsində 318 aztəminatlı ailəyə, o cümlədən ahıl şəxslərə,  şəhid ailələri və qazilərə sovqatlar paylanılıb.

Dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə keçirilən humanist aksiyaya könüllü qoşulan hər bir xeyriyyəçiyə Dövlət Komitəsi adından təşəkkür edirik.