Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “açıq qapı” günü keçirir

5 avqust 2021

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 5 avqust 2021-ci il tarixində Bakı şəhəri Nərimanov rayonunda, eləcə də Komitə nəzdindəki 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi və 9 İcma Resurs Mərkəzinin fəaliyyət göstərdiyi rayonlar da daxil olmaqla, ümumilikdə Baki şəhəri və 20 rayonda “açıq qapı” günü keçirilir.

Vətəndaşlarla keçirilən görüşlərdə uşaq və yeniyetmələrin davranışındakı mənfi halların aradan qaldırılması, ailədaxili münaqişə, sağlamlıq imkanları məhdud ailə üzvünə qayğı göstərilməsi, loqopedik xidmətin göstərilməsi, hüquqi məsləhətlərin verilməsi və digər məsələlərlə bağlı vətəndaşlar tərəfindən edilmiş müraciətlərə müvafiq peşəkar dəstək  göstərilir.