Uşaqların yay istirahətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir

16 avqust 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən uşaqların yay istirahəti və asudə vaxtlarının səmərəli təşkili məqsədilə tədbirlər davam etdirilir.

Ötən həftə ərzində uşaqların təbiətin, ekoloji mühitin qorunması ilə bağlı biliklərə yiyələnməsi məqsədilə Ağdam, Hacıqabul, Qəbələ, Saatlı və Şüvəlan UADM tərəfindən gəzinti, ekskursiya, iməcilik və pikniklər təşkil olunub. Uşaqlara ətraf mühitin qorunması, onlarda təbiətə sevgi və qayğı hissinin gücləndirilməsi ilə bağlı faydalı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Təşkil olunan tədbirlərdə şəhid, qazi və xüsusi qayğıya ehtiyacı olan ailələrdən olan uşaqlar, UADM-lərin sosial işçiləri və “Ailəm” könüllüləri iştirak ediblər.