“Narkotik vasitələrin insan orqanizminə təsiri” mövzusunda tədbir keçirilib

24 avqust 2021

Paylaş:

24 avqust 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, eləcə də Gənclərin İnkişafı və Karyera Mərkəzinin Qobustan, İsmayıllı, Bərdə, Qax,  və Qazax Nümayəndəliklərinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin insan orqanizminə təsiri” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

Tədbirdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri Hafiz Namazov və Tural Hüseynzadə, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev çıxış edərək ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində görülən işlərdən danışıb, insanları son zamanlar aktual olan bu problemə daha həssas və diqqətli yanaşmağa çağırıblar.

Tədbir zamanı antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsullarından və zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərlərin acı fəsadları barədə danışılıb, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.