Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

26 avqust 2021

Paylaş:

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür.
Fəaliyyətinin məzmunu xalqa məhəbbət, humanizm, mərhəmət və gələcəyə sonsuz inam olan Mehriban xanım Əliyeva bu gün uşaqdan böyüyə hər kəsin sevgi və hörmətini qazanıb.
Xeyirxahlıq və insansevərliyi, milli və bəşəri dəyərlərə söykənən müdrikliyi, yüksək təşkilatçılıq və idarəetmə bacarığı ilə o bu gün hamı üçün örnəkdir, nümunədir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adından alicənablıq, insanpərvərlik, kübarlıq kimi ali insani dəyərləri özündə birləşdirən, zərif, səmimi və mərhəmətli Mehriban xanımı təbrik edir, şərəfli və məsuliyyətli işində uğurlar arzu edirik.