Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının (2014-2018-ci illər) “Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maariflə

6 aprel 2016

Paylaş:

Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının  (2014-2018-ci illər) “Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin davam etdirilməsi” bəndinin icrası məqsədilə, Komitə tərəfindən 5 aprel 2016-ci il tarixində Bakı şəhərinin 160 nömrəli klassik gimnaziyanda 8-11 sinif şagirdlərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirin evvəlində şagirdlərə Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı barədə məlumat verilmişdir. Şagirdlərin bir vətəndaş kimi vətənpərvər ruhda böyümələrinin vacibliyi vurğulanmışdır.

Daha sonra insan hüquqlarının müdafiəsinə həsr olunmuş sosial çarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri E.Səfərov  çıxışında uşaq hüquqlarının müdafiəsi və insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları haqqında çıxış etmişdır.

Daha sonra İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova, Daxili İşlər Nazirliyinin əməkdaşı polis polkovnik-leytenantı Fuad Əliyev, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı  İdarə Heyətinin sədri Nazir Quliyev öz çıxışlarında  problemin dünyada aktual olduğunu, bu istiqamətdə dövlət tərəfindən Fəaliyyət Proqramlarının qebul olunmasını, insan alveri qurbanları üçün sığınacaqların fəaliyyət göstərdiyini və insan alverinin qarşısının alınmasına dair məlumatları şagirdlərə çatdırıblar.

Sonda mövzu ətrafında uşaqlarla müzakirələr aparılmış və iştirakçılara maarifləndirici çap materialları təqdim edilmişdir.