İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə mediatur təşkil olunub

12 noyabr 2021

Paylaş:

12 noyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə media-tur təşkil olunub.
İsmayıllı UADM-in fəaliyyət istiqamətləri və xidmətləri ilə tanış olmaq məqsədilə keçirilən media-turda Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Regional mərkəzlərlə iş şöbəsinin müdiri Elşad Kərimov və media nümayəndələri iştirak edib.
Sədr müavini Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinin, o cümlədən İsmayıllı UADM-in fəaliyyətinin əsas istiqamətləri, mərkəzlər tərəfindən vətəndaşlarla aparılan icma əsaslı sosial-psixoloji işlər barədə media nümayəndələrinə məlumat verib. A. Sofiyeva bildirib ki, ətraf rayonlardan mərkəzin fəaliyyətindən bəhrələnmək istəyən risk qrupundan olan ailələr üçün müvafiq şərait yaradılıb.
Komitənin aparat rəhbəri C.Rəhmətullayeva vurğulayıb ki, Mərkəzlər icma əsaslı olmaqla, ehtiyacı olan ailələri aşkarlayaraq, onların psixososial qiymətləndirilməsini həyata keçirir və problemlərinin həlli istiqamətində iş apararaq ehtiyaclara uyğun xidmətlərə cəlb edirlər.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb, Komitənin fəaliyyət istiqamətləri üzrə müzakirələr edilib.
Qeyd edək ki, noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı UADM-in yeni binasının açılışında iştirak ediblər.