Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində regionlarda silsilə maarifləndirmə tədbirləri keçirilib

10 dekabr 2021

Paylaş:

25 noyabr – 10 dekabr “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində regionlarda silsilə maarifləndirmə tədbirləri keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Ağdam, Hacıqabul, Qəbələ, Saatlı, Şüvəlan, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə mərkəzlərin benefisiarları olan qadınlar, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və tələbələr iştirak ediblər.
Tədbirlərdə əhali arasında məişət zorakılığının qarşısının alınmasına yönəlmiş maarifləndirmə işinin mütəmadi olaraq aparılmasının vacibliyi vurğulanıb.
Tədbirlər çərçivəsində iştirakçılara mövzu üzrə maarifləndirici bukletlər və məlumat vərəqələri paylanılıb, sosial videoçarxlar nümayiş etdirilib.
Qeyd edək ki, tədbirlərin təşkili və keçirilməsində regionlarda yerləşən müxtəlif idarə, təşkilat və təhsil müəssisələrinin, hüquq-mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri yaxından iştirak ediblər.