Komitədə Belarus parlamentinin nümayəndələri ilə görüş keçirildi

23 mart 2016

Paylaş:

16 mart 2016-cı il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Belarus parlamentinin nümayəndələrini qəbul etdi. Görüşdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinın sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahim qızı, Belarus parlamentinin Respublika Şurasının (Yuxarı palata) elm, mədəniyyət və sosial inkişaf üzrə daimi komissiyasının üzvü Tatyana  Niçişina, Belarus parlamentinin Nümayəndələr Palatasının (Aşağı Palata) iqtisadi siyasət üzrə daimi komissiyasının üzvü Lyudmila Kubrakova iştirak etdilər.

Görüş çərçivəsində uşaq və ana ölümünün qarşısının alınması, məişət zorakılığı ilə mübarizə, qadınların irəli çəkilməsi, ailə adət-ənənələrinin qorunması, qadınların reproduktiv sağlamlığı və digər mövzular üzrə ikitərəfli müzakirələr keçirildi.

Belarus parlamentinin nümayəndələri Azərbaycanla qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində aparılan əməkdaşlığın genişləndirilməsinə olan ehtiyacı vurğuladılar. Parlamentin nümayəndələri “Ana Ordeni” və çoxuşaqlı ailələrə dövlət dəstək siyasətinin mexanizmləri haqqında ətraflı məlumat verdilər.

Sonra Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadın kiçik və orta sahibkarlığının inkişafı, regionlarda aparılan iqtisadi layihələr, ölkədə qadınların bələdiyyədə və digər sahələrdə irəli çəkilməsi haqqında məlumat verdi.

Tərəflərin müzakirəsi nəticəsində Azərbaycan Respublikası və Belarusiya arasında qəbul edilmiş Memoranduma əsasən əməkdaşlığın genişləndirilməsinə qərar verilmişdir.