"Şuşa hər bir azərbaycanlı üçün əzizdir... Şuşa bizim milli rəmzimizdir" mövzusunda yazı müsabiqəsinin qiymətləndirilməsinə başlanılıb

4 may 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Şuşa hər bir azərbaycanlı üçün əzizdir... Şuşa bizim milli rəmzimizdir” gənc yazarlar və jurnalistlər arasında “Ən yaxşı yazı” müsabiqəsinə daxil olmuş məqalələrin qiymətləndirilməsi prosesi başlayıb.

Müsabiqənin 1-ci mərhələsinin nəticələrinə görə İşçi Qrupuna 192 yazı daxil olub.

Nəticələr barədə məlumat yaxın günlərdə veriləcəkdir. Müsabiqədə ilk 3 yerin qalibi (1-ci, 2-ci, 3-cü yerlər) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.

Qeyd edək ki, müsabiqəyə yazıların qəbulu 1 - 30 aprel 2021-ci il tarixlərini əhatə etmişdir.