“Narkomaniyaya YOX de!”

25 fevral 2016

Paylaş:

24-25 fevral 2016–cı il tarixlərində Saatlı UADM–də “Narkomaniya yox de!” adlı təlim keçirilmişdir.

11 nəfər məktəblinin iştirak etdiyi  2 günlük təlim zamanı risk qrupundan olan məktəblilərə narkomaniya qurbanı olmamaq üçün vacib olan məlumatlar verilmiş, təhlükə hiss etdikdə müraciət etməli olduqları səlahiyyətli şəxslərin və qaynar xətlərin nömrələri verilmiş, narkotik istifadəçisinin və satıcısının daşıdığı cinayət məsuliyyəti bildirilmişdir.

Təlim maraqlı qrup işləri və oyunlarla yadda qalmışdır.