Komitə tərəfindən müsabiqənin müsahibə mərhələsi keçirildi

23 may 2022

Paylaş:

 23 may 2022-ci il tarixində, saat 11:00-da, Komitənin Akt zalında Müsabiqə Komissiyası tərəfindən informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə elan edilmiş müsabiqənin ikinci mərhələsi olan müsahibə keçirilmişdir. Müsahibədə müsabiqənin birinci mərhələsindən uğurla keçmiş iki namizəd iştirak etmişdir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 268 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın 2.32-ci yarımbəndinə əsasən, müsahibənin nəticəsi üzrə 4 (dörd) və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.

Yekun nəticələrə əsasən, iki namizəddən biri 4,29 bal toplayaraq müsahibədən müvəffəqiyyətlə keçmişdir.

Müsabiqə Komissiyasının iclası keçirilmiş, müsahibədən müvəffəqiyyətlə keçmiş Səidə Musayevaya ixtisas attestatının verilməsi barədə qərar qəbul edilmişdir.