Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçiriləcək

25 fevral 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi milli-mənəvi dəyərlərimizin gələcək nəslə ötürülməsi, uşaqların vətənpərvər ruhda böyüməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir.

Hər il olduğu kimi bu il də Xocalı faciəsi qurbanlarının xatirəsinin bir daha yad edilməsi, eləcə də faciə haqqında uşaqların ətraflı məlumatlandırılması məqsədilə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti ilə birgə Bakı şəhəri Sabunçu rayonu  11 nömrəli İnteqrasiya təlimli İnternat məktəbinin yuxarı sinif şagirdlərinin, eləcə də “Gələcək” Uşaqların İnkişafına Dəstək İctimai Birliyinin fəal nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım mərasiminin keçirilməsi nəzərdə tutulmuşdur.

          Tədbir 23 fevral 2016-cı il, saat 15:00-da Sabunçu rayonunda yerləşən Aygün City AVM-in kino zalında keçiriləcəkdir.

          Tədbir zamanı rəsmilərin və uşaqların çıxışlarından, həmçinin  müzakirələrdən sonra  rejissor Vahid Mustafayevin 2012-ci ildə çəkdiyi  “Xoca”  filminin nümayişi də nəzərdə tutulmuşdur.