Post müharibə dövründə psixo-sosial işin aparılması məqsədilə start verilmiş layihə çərçivəsində tədbirlər davam etdirilir

7 iyun 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən post müharibə dövründə işğaldan azad olunmuş ərazilərə yaxın bölgələrdə qazi və şəhid ailələri, həmçinin uşaqlarla psixo-sosial işin aparılması, müharibədən zərər çəkmiş, böhran vəziyyətində olan uşaq və ailələrin psixi sağlamlığını möhkəmləndirmək, cəmiyyətə inteqrasiyasını sürətləndirmək, fəaliyyət qabiliyyətini yüksəltmək məqsədi ilə start verilmiş növbəti layihə çərçivəsində tədbirlər Goranboy rayonunda davam etdirilir.

Komitənin Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial işçiləri və layihəyə cəlb edilmiş mütəxəssislər tərəfindən rayonun Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbinin 6-16 yaş qrupundan olan 50 nəfər şagirdinə ilkin psixososial qiymətləndirilmə əsasında yaş qruplarına müvafiq olaraq fərdi və qrup terapiyası, inkişafetdirici məşğələlər, psixoloji treninqlər, musiqili-əyləncəli və interaktiv oyunlar təşkil olunub.

Qeyd edək ki, layihə 2022-ci ilin iyul ayına qədər davam edəcək.