Füzuli Rayon Qadın Resurs Mərkəzində “İngilis dili” üzrə təlimlər davam edir

14 iyun 2022

Paylaş:

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İBEC-Beynəlxalq Biznes Tədris Mərkəzi ilə birgə Füzuli Rayon Qadın Resurs Mərkəzində “İngilis dili” təlimləri təşkil edilir. 10 may 2022-ci il tarixdən start verilən təlimlərə Resurs mərkəzinə müraciət edən 12 nəfər həssas qrupdan olan qadınlar cəlb edilib. Təlimlərdə qadınlar baza dil biliklərinə yiyələnirlər.

Məlumat üçün bildirək ki, təlimlər Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planına əsasən insan alveri qurbanına çevrilməsi riskinin azaldılması, risk qrupundan olan insanların məşğulluqlarının təmin edilməsi istiqamətində onların bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirilir.