Regionlarda müharibədən sonrakı dövrdə əhali arasında psixososial dəstəyin göstərilməsi layihəsi davam edir

22 iyun 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planına müvafiq olaraq, Ermənistanın təcavüzü nəticəsində əziyyət çəkən ailələrin uşaqlarına sosial və psixoloji dəstək göstərilməsi istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə “Postmüharibə dövründə uşaqlar və şəhid ailələrinə psixososial dəstək” layihəsi həyata keçirilir.

Həyata keçirilən layihədə Ağdam rayonunun Xındırıstan kəndindən və Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan 6-16 yaşlı uşaqlar iştirak edib. Layihə psixoloji treninq formatında psixoloqların iştirakı ilə həyata keçirilib. Treninq zamanı tətbiq olunan metodikalar, çalışmalar və aktiv oyunlar uşaqlarda özünüqiymətləndirmənin yüksəldilməsinə, ünsiyyət qurmaq və özünüifadə etmək bacarıqlarının artırılmasına müsbət təsir edib.

Qeyd edək ki, layihə 2022-ci ilin iyul ayına qədər davam edəcək.