Dövlət Komitəsinin könüllüləri üçün “Dövlət qulluğunda karyera” mövzusunda təlim keçirilib

24 iyun 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kadr və Kargüzarlıq şöbəsinin Daxili nəzarət sektorunun baş məsləhətçisi Roza Şamıyeva tərəfindən Komitənin könüllüləri üçün “Dövlət qulluğunda karyera” mövzusunda təlim keçirilib.

Təlimdə iştirakçılara karyera seçimi zamanı diqqət yetirməli olduqları məqamlarla bağlı tövsiyələr, dövlət qulluğu anlayışı və dövlət orqanlarında vəzifələrin təsnifatı, dövlət qulluğuna qəbul qaydaları, dövlət qulluqçularının hüquq və vəzifələri, təminatları barədə geniş məlumat verilib. Bildirilib ki, dövlət qulluğu şərəfli olduğu qədər məsuliyyət tələb edən sahə olmaqla yanaşı, ilk növbədə xalqa xidmət imkanıdır.

Təlim zamanı mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.