Birlikdə faydalanaq layihəsi davam etdirilir

29 iyul 2022

Paylaş:

01 avqust 2022-ci il tarixində saat 12:00-da Komitənin rəsmi facebook səhifəsi üzərindən “Sağlam düşüncə - sağlam cəmiyyət” mövzusunda onlayn görüş keçiriləcək.

Görüşdə mütəxəssis qismində AR Medianın İnkişafı Agentliyinin audiovizual media üzrə eksperti Səbinə Seyidova və Xəzər Universitetinin müəllimi, klinik psixoloq, neyroelm uzmanı Aydan Xasməmmədzadə çıxış edəcəklər.

Qeyd edək ki, görüşün əsas məqsədi son zamanlar intihar hadisələrinin günün ağrılı və aktual mövzularından biri olduğunu nəzərə alaraq, insanların psixoloji sağlamlığının qorunması, özgüvənin artması, internet resurslardan düzgün istifadə edilməsi, uşaqların zərərli informasiyadan qorunması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsidir.